Torpağın skan edilməsi

Torpağın skan edilməsi

EM38 Skaneri torpağın üzərində hərəkət edərək və heç bir sahə məhdudiyyətinin təsiri olmadan (şum, yüksək alaq, nahamarlıq və s.) ərazini analiz edə bilir. Torpaq nəmliyi geniş məlumatlı xəritələrin yaradılmasında vacib elementdir, buna görə də payızdan yazadək məlumat toplama dövrü üçün ideal vaxtdır.

Çünki, skan birdəfəlik prosesdir və gələcəkdə sahə idarəetməsi üçün bir sərmayədir, bununla da yüksək detallı xəritələr yaratmaq üçün yüksək dəqiqliyə sahib məlumatlar toplayırıq:

Xüsusi qoşqu vasitəsi traktor və ya avtomobilə qoşulur və skaner avtomobilin içinə quraşdırılmış xüsusi monitora bluetooth ilə bağlanır və GPS ilə birlikdə məlumat toplamağa başlayır.

Bu amillərin birləşməsi o deməkdir ki, toplanan keçiricilik məlumatları və hazırlanan xəritələr sizə etibarlı, rəqəmsal və ətraflı əkinçilik məlumatları təqdim edir.

Skanerin təqdim etdiyi xəritələrdən və məlumatlardan istifadə etdiyinizdə bizim komanda xidmətin bir hissəsi olaraq sizə hesabat təqdim edəcəkdir. Əldə olunmuş məlumat və xəritələr müxtəlif  məqsədlər üçün istifadə edilə bilər:

  • Torpaqdakı fiziki, kimyəvi göstəricilərin (Makro və Mikro elementlər, eləcə də EC, pH, torpaq teksturası) yayılma sahəsi və topoqrafiya
  • Gübrə və əkini torpağın xüsusiyyətlərinə uyğun etmək üçün menecment xəritəsi
  • Ərazinin əvvəlki illərdə torpaq göstəriciləri ilə skan edilmiş xəritə nəticələri arasında müqayisəsi

Digər xidmətlər
Torpaq analizi - Paket 2
Torpaq analizi - Paket 2
Ətraflı
Xəstəlik Xəbərdarlıq Sistemi
Xəstəlik Xəbərdarlıq Sistemi
Ətraflı
PUA ilə NDVİ görüntüsünün alınması (min. 100ha)
PUA ilə NDVİ görüntüsünün alınması (min. 100ha)
Ətraflı