Limon və portağal bağlarının sığorta şərtləri açıqlandı - MƏBLƏĞLƏR, TƏLƏBLƏR

Limon və portağal bağlarının sığorta şərtləri açıqlandı - MƏBLƏĞLƏR, TƏLƏBLƏR

Aqrar sığorta limon və portağal bağlarını bütün əsas risklərdən qoruyur

Azərbaycanda limon və portağal bağlarının dövlət dəstəkli aqrar sığorta olunması ilə bağlı şərtlər açıqlanıb.

Azərbaycanda 686 hektar limon bağı var. Bundan 318 hektarı intensiv bağçılıq, 368 hektar isə ənənəvi üsulla becərilir. Ən çox limon bağları Astara, Lənkəran və Ağdaşdadır.

Portağal bağlarının ümumi sahəsi isə ümumilikdə 559 hektar təşkil edir. Bunun böyük hisssəsi - 439 hektarı ənənəvi üsulla, 120 hektarı intensiv üsulla salınmış bağlardır. Ən çox portağal bağları Astara və Lənkərandadır.

Ümumiyyətlə ölkədəki bütün portağal bağlarının 80%-i Astarada yerləşir. Limon və portağal məhsulu təkcə daxili bazarda satılmır, xaricə də ixrac edilir.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, aqrar sığorta mexanizmi limon və portağal bağlarını bütün əsas risklərdən qoruyur. Bura dolu, donvurma, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, doluvurmadan keyfiyyət itkisi, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.

Limon və portağal bağlarının sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq donvurma (şaxtavurma) halından, dolu vurması nəticəsində keyfiyyət itkisindən, eləcə də ağacların özünü ayrı-ayrılıqda sığorta edə bilərlər.

Limon bağının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,39%-5,97% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Lənkəran-Astara bölgəsində sığorta tarifi 2,46% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.

Portağal bağlarının baza sığorta zərfi ilə sığortası tarifi isə ayrı-ayrı regionlar üzrə 245%-5,05% arasında dəyişir. Lənkəran-Astara ərazisində sığorta tarifi 2,56% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.

 

Misal: Lənkəranda 1 hektar sahədən 300 sentner limon məhsulu gözlənilir, limonun hər sentnerinin qiyməti 200 manat təşkil edir, yəni sahədən ümumilikdə 60 000 manatlıq məhsulun yığılacağı gözlənilir. Həmin bağın baza sığorta zərfi üzrə hesablanan sığorta haqqı 1476 manat təşkil edir. Fermer bu məbləğin yalnız yarısını - 736 manat ödəyəcək., qalan hissəni dövlət ödəyir. 

Sığota hadisəsi baş verdikdə və sahədəki məhsul tamamilə itirildikdə 10% azad olma məbləği tətbiq edilir və bağ sahibinə 54 min manat ödəniş edilir.

Misal:  Astarada 1 hektar sahədən 480 sentner portağal məhsulu gözlənilir, limonun hər sentnerinin qiyməti 80 manat təşkil edir, yəni sahədən ümumilikdə 38 400 manatlıq məhsulun yığılacağı gözlənilir. Həmin bağın baza sığorta zərfi üzrə hesablanan sığorta haqqı 983 manat təşkil edir. Fermer bu məbləğin yalnız yarısını - 491 manat ödəyəcək., qalan hissəni dövlət ödəyir. 

Sığota hadisəsi baş verdikdə və sahədəki məhsul tamamilə itirildikdə 10% azad olma məbləği tətbiq edilir və bağ sahibinə 34 560 manat ödəniş edilir.

 

Mənbə: https://asf.gov.az/xeberler/limon-ve-portagal-baglarinin-sigorta-sertleri-aciqlandi-meblegler-telebler

Digər məqalələr
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. Bildirilib ki, idxalatçı
Ətraflı
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata ke
Ətraflı
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. FED.az xəbər verir ki,
Ətraflı