Bu il “Azərpambıq”ın ixracı 5 dəfə azalıb
2023-cü ilin yanvar-may aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 7.7 milyon dollar dəyərində məhsul ixrac edib.
Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-may ayları ilə müqayisədə 5 dəfə və ya 31.4 milyon dollar azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 5 ayı ərzində “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 39.1 milyon dollar dəyərində məhsul ixrac edib.