Ət yenə bahalaşacaq: Ərəblər qoyun ətinə müştəri çıxıb

Ət yenə bahalaşacaq: Ərəblər qoyun ətinə müştəri çıxıb

“Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə xırdabuynuzlu heyvanların ixracına razılıq alınıb”. 

Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib. Onun sözlərinə görə, bu istiqamətdə Səudiyyə Ərəbistanı və Qətər dövləti ilə danışıqlar davam etdirilir: 

“Eyni zamanda, Avropa ölkələrinə balıq kürüsü, dəri, yun, ilbiz və digər məhsulların idxalına icazə alınaraq ixracına başlanıb. Balıq və arıçılıq məhsulları üzrə aidiyyəti icazələrin alınması üzərində isə iş aparılır”. 

Qeyd edək ki, Azərbaycanda uzun illərdir ki, xırdabuynuzlu heyvanlar yetişdirilir. Bununla yanaşı, ölkəyə onların idxalı da həyata keçirilir. Ölkədə xırdabuynuzlu heyvanlara, xüsusilə də qoyun ətinə tələbat böyükdür. Son vaxtlar isə digər məhsullar kimi ətin, o cümlədən qoyun ətinin qiymətində kəskin bahalaşma müşahidə edilir. Belə ki, bu gün bazarda qoyun ətinin qiyməti 17-18 manat təşkil edir.

Azərbaycanın xırdabuynuzlu heyvanlarla bağlı idxalçı ölkə olduğu halda ixraca başlaması ölkədə məhsul qıtlığna və daha da bahalaşmaya səbəb olacaqmı? 

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, bu ixrac kütləvi ixrac olmayacaq: 

“Azərbaycanın Aran rayonlarında yetişdirilən xırdabuynuzlu heyvanların əti bəlkə də dünyada ən dadlı xırdabuynuzlu heyvan ətidir. Aşcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Saaatlı, Sabirabad ərazilərində yetişdirilən xırdabuynuzlu heyvanların əti çox dadlı olur. Bir neçə il öncə bir ərəb əmiri Azərbaycandan 100 cəmdək sifariş etmişdi və göndərmişdilər. Həmin vaxt ərəb şeyxinə ətin kilosunu 40 dollardan satmışdılar.

Bu hadisədən sonra BƏƏ, Duba və digər şəhərlərə Azərbaycandan əsasən xırdabuynuzlu heyvanların ətini hazır şəkildə göndərirlər. Bu ixrac kütləviləşsə, Azərbaycanın daxilində müəyyən qədər qıtlıq yarada bilər. Ancaq bu, müsbət tendensiyadır. Azərbaycan öz məhsulu ilə beynəlxalq arenada brend yaratmaq istiqamətində addımlar atır. Onsuz da bizə lazım olan qədər həm diri çəkidə, həm də ət şəklində idxal edilir. BƏƏ-yə 1000 baş qoyun göndərilsə, Azərbaycan bazarına o qədər təsir eləmir. Ölkə daxilində il ərzində 2-3 milyon xırdabuynuzlu heyvana tələbat var.

Onun 1500 başının BƏƏ-yə ixracı bazara o qədər ciddi təsir etməyəcək. Ancaq o tendensiyanın inkişaf etdirilməsi Azərbaycan fermerləri üçün çox maraqlıdır. Çünki orada o əti ərəb şeyxləri Azərbaycandakından bir neçə dəfə baha alırlar. Çünki o xüsusi dad nə Ərəbistanda, nə Rusiyada, nə də digər ölkələrdə var”. 

Həmsöhbətimiz bildirib ki, hətta bir neçə il bundan əvvəl bir imkanlı şəxs Rusiyaya ət aparmağa təşəbbüs göstərib ancaq sərhəddə izacə verilməyib və geri qaytarılıb: 

“Ümumiyyətlə, hazırda ixracla bağlı maraqlı və faydalı tendensiya var. Baxmarayaq ki, ölkə daxilində müəyyən qıtlığa səbəb ola bilər”. 

Ekspertin sözlərinə görə, Azərbaycanda ətin bahalaşmasının çox səbəbi var: 

“2015-ci ildən bəri Azərbaycanda heyvandarlıqla məşğul olan fermerlərin torpaq sahələri alınaraq pambıq sahələrinə verilib. Heyvandarlıq 7-8 ildir ki, sıxışdırılır. Bitkiçilikdə pambıq daha çox heyvandarlığı sıxışdırır. Bunun nəticəsidir ki, 2017-2018-ci ildə ət kifayət qədər ucuzlaşdı. O zaman torpağı əlindən alınmış şəxslər hamısı heyvanlarını bazara çıxarıb satdı və 7-8 ay ərzində ət ucuzlaşdı. Sonra isə bahalaşmağa başladı.

Hazırda heyvan saxlayan fermerlərin birbaşa bazara çıxışı yoxdur. Məsələn, hazırda Beyləqanda diri çəkidə xırdabuynuzlu heyvan ətini 12-13 manata almaq olar. Ancaq Bakıya gətirdikdə hər kiloqramın üzərinə müəyyən məbləğ qoyulur . Hazırda satış qiyməti 17-18 manatdır. İri şəhərlərdə inhisarlaşdırıblar və bir qrup möhtəkir o işlə məşğul olur. Hökumət də fermerə dəstək olub, onların birbaşa bazara çıxmasını təmin etmir.

Yəni bölgələrlə paytaxt arasında ət satışında 1 manat fərq olmalıdır, 5 manat deyil. Bakıda qiymətinin bu cür bahalaşması Beyləqana da təsir edir. Orada da qəssablar qoyun ətini 15-16 manata satırlar”. 

Nigar Abdullayeva
Cebhe.info

Digər məqalələr
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. Bildirilib ki, idxalatçı
Ətraflı
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata ke
Ətraflı
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. FED.az xəbər verir ki,
Ətraflı