HP: İllik icra olunmuş əkin subsidiyalarının 10,8%-i istifadəsiz qalıb
![HP: İllik icra olunmuş əkin subsidiyalarının 10,8%-i istifadəsiz qalıb](/uploads/blog/2023-07-04-103907-6496abfeee07b6496abfeee07c16875960306496abfeee0766496abfeee078.jpg)
Fermer kartlarının nağdsız hesablarında əkin subsidiya məbləğlərinin maliyyələşdirilməsindən 2020-ci ilin sonuna 7,1 mln. manat (illik icra olunmuş əkin subsidiyalarının 3,1%-i qədər), 2021-ci ilin sonuna 23,1 mln. manat (illik icra olunmuş əkin subsidiyalarının 9,0%-i qədər), 2022-ci ilin sonuna 26,7 mln. manat (illik icra olunmuş əkin subsidiyalarının 10,8%-i qədər) subsidiya məbləğləri qalıqda istifadəsiz qalıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi jurnalı"nda məlumat əks olunub.
Məhsul subsidiyasının verilməsi üzrə 2022-ci ildə 59584,9 min manat vəsaitin xərcləndiyi göstərilib ki, bu da 2021-ci ilə nisbətən 30574,1 min manat və ya 2,1 dəfə çox olub. Belə ki, pambığın tədarükçülərə təhvil verilməsinə görə ödənilmiş məhsul subsidiyasının məbləği 2022-ci ildə 56438,3 min manat olmaqla 2021-ci illə müqayisədə 28078,5 min manat və ya 2,0 dəfə çox olduğu halda, respublikada 2022-ci ildə cəmi 322,5 min ton miqdarında pambıq tədarük edilərək əvvəlki illə (287,0 min ton) müqayisədə 12,4% çox olub.
2022-ci ildə əvvəlki 2 ildən fərqli olaraq pambıq əkininə görə əkin subsidiyası verilməyib, eyni zamanda pambığın tədarükçülərə təhvil verilməsinə görə 1 ton üzrə 170,0 manat məbləğində məhsul subsidiyası (2020-2021-ci illərdə həmin məbləğ 100,0 manat olub) ödənilib.
![Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb](/uploads/blog/2023-07-04-104450-_ROM2087.jpg)
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
![Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir](/uploads/blog/2023-07-04-104352-949932f510-Pambiq-sovkasina-qarsi-bioloji-mubarize-tedbirleri-davam-edir.jpg)
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
![Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB](/uploads/blog/2023-07-04-104336-605661.jpeg)