Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır

Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır

Bakı. Trend:

Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resurslarının idarə olunmasının yeni modelini hazırlayır.

Trend-in məlumatına görə, bu barədə bu gün Dünya Bankının su təchizatı və sanitariya üzrə böyük mütəxəssisi Smita Misra Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, su resurslarının inventarlaşdırılması və uçotu üzrə addımlar atılacaq.

"Biz həmçinin bu layihə çərçivəsində təkcə içməli suyun deyil, həm də texniki suyun, o cümlədən irriqasiya üçün suyun əlçatanlığını təmin etməyi planlaşdırırıq. Azərbaycanın kənd təsərrüfatı rayonlarının su problemi yaşamamaları çox vacibdir", - o deyib.

S.Misra gələcəkdə Azərbaycanın adıçəkilən təşəbbüslərin reallaşdırılmasının zəruri olduğu digər rayonlarının da müəyyən edilməsinin planlaşdırıldığını bildirib.

Qeyd edək ki, Azərbaycana texniki yardım proqramı Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir, reallaşdırılması isə Dünya Bankına həvalə olunub.

Digər məqalələr
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. Bildirilib ki, idxalatçı
Ətraflı
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata ke
Ətraflı
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. FED.az xəbər verir ki,
Ətraflı