Azərbaycanda fermerlər üçün əkin kalkulyatoru istifadəyə verilib

Azərbaycanda fermerlər üçün əkin kalkulyatoru istifadəyə verilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tövsiyəsi ilə fermerlər üçün ilk dəfə əkin kalkulyatorunu istifadəyə verib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Fondun sədri Sərxan Sərxanov bildirib ki, əsas məqsəd fermerləri əkin xərcləri və gəlirləri barədə daha ətraflı məlumatlandırmaqdır. Kənd təsərrüfatı istehsalçıları kalkulyatordan istifadə etməklə əkin sahələrinin rentabelliyini özləri müəyyən edə biləcəklər. İstənilən şəxs kalkulyatora fəaliyyət göstərdiyi rayonu, toxumun sortunu və reproduksiyasını, həmçinin əkin sahəsinin ölçüsünü daxil etməklə əldə edəcəyi məhsulun həcmini, əkinə çəkəcəyi xərcləri və əldə edəcəyi gəlirləri asanlıqla hesablaya bilər.

Hazırda payızlıq buğda və arpa bitkiləri üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator üzərindən hesablamaq mümkündür. Növbəti mərhələlərdə tərəvəz və digər bitkilər üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator vasitəsilə hesablamaq mümkün olacaq.

Digər məqalələr
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. Bildirilib ki, idxalatçı
Ətraflı
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata ke
Ətraflı
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. FED.az xəbər verir ki,
Ətraflı