"Kənddən Şəhərə" yarmarkasının təşkilində məqsəd nədir? - QURUM RƏSMİSİ DANIŞDI

"Kənddən Şəhərə" yarmarkasının təşkilində məqsəd nədir? - QURUM RƏSMİSİ DANIŞDI

“Kənddən Şəhərə” yarmarkası öz fəaliyyətini davam etdirir. Yarmarkalarda ümumiyyətlə 82 fermer iştirak edir. Onlar ümumilikdə 50 regionu təmsil edirlər. 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulları vətəndaşlara təqdim olunur. Burada satıcılar birbaşa fermerlərin özləridir”. Bu sözləri SİA-ya açıqlamasında “Aqrar tədarük və təchizat” ASC-nin nümayəndəsi Qalib Bəhramov deyib.

Onun sözləriə görə, qiymətlər də fermerlər tərəfindən müəyyənləşdirilir: “Bu şərait fermerlər üçün tamamilə ödənişsiz şəkildə yaradılıb. Fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi, soyuducu və digər avadanlıqlarla təmin olunur. Eyni zamanda, onlara logistik dəstək də göstərilir. Məhz bu səbəbdən onlar qiyməti formalaşdırarkən də ödənişsiz dəstəyi nəzərə alırlar. Ona görə də yarmarkada qiymətlər daha münasib şəkildə təşkil olunur”.

Q.Bəhramov sözlərinə davam edərək bildirib ki, yarmarkaların yaradılmasında məqsəd Novruz bayramı ərəfəsində vətəndaşların kənd məhsullarına artan tələbatını dolğun şəkildə ödəmək, həmçinin fermerlər üçün alternativ satış kanalı yaratmaqdan ibarətdir: “Qeyd edim ki, yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Yarmarkalarda səyyar qida laboratoriyası fəaliyyət göstərir ki, vətəndaşlar onun fəaliyyətindən də istifadə edə bilər”.

Müəllif: Ləman Əlizadə

Digər məqalələr
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. Bildirilib ki, idxalatçı
Ətraflı
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata ke
Ətraflı
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. FED.az xəbər verir ki,
Ətraflı