Damazlıq heyvanların güzəştlə satışı

Damazlıq heyvanların güzəştlə satışı

Damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması qaydaları «Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli, 3000 nömrəli Sərəncamına əsasən hazırlanmışdır.

1.   50 faiz güzəştlə lizinq yolu ilə damazlıq heyvan almaq istəyən istehsalçı ərizə ilə rayon (şəhər) kənd təsərrüfatı idarəsinin komissiyasına müraciət edir.

 2.   Rayon (şəhər) kənd təsərrüfatı idarəsinin komissiyası istehsalçının ərizəsinə əsasən 3 (üç) iş günü ərzində istehsalçının iştirakı ilə damazlıq heyvanların saxlanılma şəraitini, yemlə təminatını, zoobaytar tədbirlərinin aparılmasının vəziyyətini yerində yoxlayır və istehsalçıya damazlıq heyvanın lizinq yolu ilə satılıb satılmaması barədə yazılı surətdə rəyini bildirir.

  3.  Güzəştli şərtlərlə lizinq yolu ilə damazlıq heyvan almaq istəyən istehsalçı ərizə ilə Cəmiyyətə müraciət edir və ərizəyə rayon (şəhər) kənd təsərrüfatı idarəsinin komissiyasının rəyini və şəxsiyyətini təsdiqləyən sənədlərin (dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin) surətlərini əlavə edir.

   4.   Cəmiyyət 2 (iki) iş günü müddətində istehsalçının ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri ekspertizadan keçirir və damazlıq heyvanın lizinq yolu ilə satılması barədə istehsalçıya güzəştin şərtlərini və ödənişin aparılması üçün müvafiq bankdakı xəzinə hesabını göstərməklə, müəyyən olunmuş formada hesab-faktura göndərir.

   5. İstehsalçı lizinq yolu ilə alacağı damazlıq heyvanların müəyyən olunmuş güzəştli dəyərinin 50 faizini və sığortanın tam dəyərinin qabaqcadan Cəmiyyətin müvafiq bankdakı xəzinə hesabına hesab-fakturaya əsasən ödəyir. İstehsalçı ödənişi təsdiqləyən bütün bank sənədlərini Cəmiyyətə təqdim edir.

  6.  Ödənişi təsdiqləyən bank sənədlərinə əsasən Cəmiyyətlə istehsalçı arasında damazlıq heyvanların qanunvericiliyə müvafiq olaraq alqı-satqı əməliyyatı həyata keçirilir və 3 (üç) il müddətinə lizinq müqaviləsi bağlanılır.

  7.   İstehsalçı güzəştli şərtlərlə lizinq yolu ilə satın aldığı damazlıq heyvanı:

  • dəyəri tam ödənilənədək sata, bağışlaya və kəsə bilməz;
  • saxlanılması üçün istifadə etdiyi yer (tövlə) zoobaytar tələblərə tam cavab verməlidir və yem bazası ilə təmin etməlidir.

   8.   İstehsalçının səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, onda damazlıq heyvanın ödənilməyən qalıq dəyəri istehsalçı tərəfindən Cəmiyyətə ödənilməlidir.

Digər məqalələr
10 hektardan çox arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limon sahələri üçün sığorta tələbi
10 hektardan çox arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limon sahələri üçün sığorta tələbi
Subsidiya alınması üçün sığortalanacaq bitkilərin siyahısı təsdiqlənib Azərbaycanın kənd təsərrüfatı sektorunda subsidiyalarının alınması üçün sığortalanması tələb olunan bitkilərin s
Ətraflı
10 hektardan artıq sahələrə subsidiyalar aqrar sığorta olunmaqla veriləcək.
10 hektardan artıq sahələrə subsidiyalar aqrar sığorta olunmaqla veriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edi
Ətraflı
İndi fermerlər əkmək istədikləri bitkinin xərcini avtomatik hesablaya biləcək.
İndi fermerlər əkmək istədikləri bitkinin xərcini avtomatik hesablaya biləcək.
Əkmək istədiyiniz bitkinin xərcini bilirsiz? Çox vaxt fermerlər sahələrində yeni bitkilər əkməyə cəhd etmir. Çünki fermerlər yeni bitkini necə əkəcəklərini, nə qədər xərc çəkəcəklərini və nə q
Ətraflı