FAQ
Dragro.az saytından (Həmçinin, PlayStore və ya AppStore-dan) daxil olursunuz. Qeydiyyat düyməsinə vurulur, açılan qeydiyyat ərizə formasında ad, soyad, e-mail, telefon nömrəsi, şifrələri qeyd etdikdən və terms and Conditions (şərtlər və qaydaları) təsdiqlədikdən sonra “Qeydiyyat” düyməsinə vurulur.
Dr. Agro platforması sizin üçün bir neçə yüksək peşəkar aqronom məsləhətini bir telefon qədər yaxın edir. Siz bu proqramdan istifadə etməklə əkindən məhsul yığımına qədər görəcəyiniz bütün işləri əvvəlcədən öyrənə və mütəmadi olaraq bu haqda bildiriş ala bilərsiniz. Bundan başqa əsas investisiya xərclərini, əkin planlarınızı də bu platformadan əldə edə bilərsiniz.
Dr. Agro Start paketi ödənişsizdir. Siz burada olan büdcə hesablama, əkin sahənizi yaratma, əkinlərinizin planlarını görmə və aylıq bildirişlər alma kimi xidmətlərdən pulsuz istifadə edəcəsiniz. Digər paketlərdə isə ödəniş edərək torpaq və su analizi, sahəniz üçün gübrələmə və dərmanlama proqramı, sahənizin peykdən görüntüsünü əldə edə bilərsiz. Bundan başqa daha çox bitki üçün büdcə hesablama və əkin planları alma imkanınız da olacaq. Həmçinin, proqram üzərindən aqronoma mesaj yaza və üzləşdiyiniz problemlərin fotoların göndərib bir başa aqronomdan rəy ala bilərsiniz.
Bəzi üzləşilən aqrar problemləri yerində görmək daha dəqiq olur. Lakin sizə təqdim olunan suallara verdiyiniz cavab problemi anlamaq üçün bir çox hallarda kifayət edir və proqramın üstünlüklərindən biri sayılan geniş aqronom komandası bir şəxsin yanaşmasından yarana biləcək riskləri azaldır. Çünki Dr. Agro aqronom komandası peşəkar və 10 ildən artıq təcrübəyə sahib ölkə daxilində və Avropada təhsil alan və təcrübə sahibi olan şəxslərdən ibarətdir.
Dr. Agro-nun xidmətlərinin əksər hissəsi ödənişsizdir. Digər paketlər, xidmətlər və məhsullar almaq üçün ödəniş etməlisiniz. Bu halda siz tələb olunan məbləği e-manat köşklərinə yaxınlaşıb ekranda Digərləri qovluğunda olan Dr. Agro profilinə daxil olmaqla və ya internet üzərində emanat.az saytında qeydiyyatdan keçib online MasterCard, Visa kimi kartlarla da ödəyə bilərsiniz
Dr. Agro platforması NPC Agro şirkəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində formalaşıb. NPC Agro şirkəti 2016-ci ildə Danimarka və Azərbaycanlı mütəxəssislər tərəfindən yaradılmışdır.