İnam Kərimov: "İşğaldan azad olunan torpaqlarda 50 min hektarlıq əkin işləri aparılıb"

İnam Kərimov: "İşğaldan azad olunan torpaqlarda 50 min hektarlıq əkin işləri aparılıb"

İşğaldan azad olunan torpaqlarda bu il ərzində 50 min hektar sahədə yazlıq və payızlıq əkin işləri aparılıb.

Bunu Şuşada keçirilən Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Onun sözlərinə görə, növbəti mövsümdə bu əkin ərazilərinin daha da artırılmasına dair tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları ilə birgə bu sahədə fəaliyyət göstərilir.

"Eyni zamanda Nazirlik tərəfindən ötən il ilk dəfə Kəlbəcər və Laçın rayonlarında qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsinə dair pilot layihə həyata keçirilib. Bu il həmin layihənin miqyası genişləndirilib və növbəti mövsümdə daha da genişləndiriləcək. Yaylaq mövsümündə Laçın və Kəlbəcərlə yanaşı Qubadlı, Cəbrayıl və Füzuli rayonlarında heyvandarlıq təsərrüfatlarının köçürülməsi təmin ediləcək",- deyə nazir qeyd edib. 

Digər məqalələr
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. Bildirilib ki, idxalatçı
Ətraflı
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata ke
Ətraflı
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. FED.az xəbər verir ki,
Ətraflı