Gəncə narı Ermənistanda bazarı ələ aldı – ermənilər “qan ağlayır”

Gəncə narı Ermənistanda bazarı ələ aldı – ermənilər “qan ağlayır”

Azərbaycan narı Ermənistanda yerli istehsalçıların məhsullarının anbarlarda çürüməsinə səbəb olur.

Publika.az
 xəbər verir ki, bu barədə Mehridə yaşayan kənd təsərrüfatı üzrə mütəxəssis Qevorq Marqaryan deyib.

Onun sözlərinə görə, Mehri və ətraf kəndlərdə bu il nar və portağal satışında problem yaranıb.

“Gürcüstandan daşımalar zamanı Larsda yaranan uzun növbələr əvvəl məhsul qıtlığı yaradırsa, sonra növbənin açılması bazara külli miqdarda məhsulun daxil olmasına səbəb olur. Azərbaycan narının bazara daxil olması isə bizim narın alıcılıq qabiliyyətini aşağı salır. Xüsusilə Gəncə narı ilə tanınan növ daha çox məşhurdur. Bu məhsul Azərbaycandan Gürcüstana ixrac olunur, bizim sahibkarlar Gürcüstan bazarından alaraq Ermənistana gətirir”, - o deyib.

Erməni mütəxəssis Gəncə narının xüsusi növ olduğuna diqqət çəkib: “Gəncə narı parlaq qırmızı rəngi ilə seçilir. Bu sortlar Noyemberyanda və İcevanda da bitir, o cümlədən, Qarabağda da var. Onu yalnız mütəxəssislər seçə bilir. Lakin bu faktdır ki, Azərbaycan narı Ermənistana Gürcüstandan keçib”.

Asif

Digər məqalələr
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. Bildirilib ki, idxalatçı
Ətraflı
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata ke
Ətraflı
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. FED.az xəbər verir ki,
Ətraflı